Çin səddini keçə bilmədik
Bizi izləyin

İdman

Çin səddini keçə bilmədik

Çin səddini keçə bilmədik

İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatının II turuna start verilib.

Publika.az xəbər verir ki, bu gün milli komandamız ikinci oyununu keçirib. Bu dəfə rəqibimiz Çin yığması olub. Bakı vaxtı ilə saat 13.30-da başlayan qarşılaşmadan Çin qalib ayrılıb.

Qeyd edək ki, millimiz ilk turda Yaponiyanı 3:2 hesabı ilə məğlub etmişdi. Qrupun digər oyunlarında Belçika Yaponiya, Puerto-Rika Kuba ilə qarşılaşacaq.

DÇ-2015

Yaponiya

II tur

24 sentyabr

13.30 Çin - Azərbaycan 3:0 (25:13, 25:16, 25:17)

Çin: 1. Xinyue Yuan, 2. Tinq Zu, 3. Fanqxu Yanq, 5. Yinqsi Şen, 6. Yunjinq Yanq, 7. Qiuyue Vei, 8. Çunley Zenq, 9. Xiaotonq Liu, 11. Yunli Xu, 12. Ruoqi Hui, 15. Zan Çen, 16. Huimin Vanq.

Azərbaycan: Ceyran Əliyeva, 2. Kseniya Kovalenko, 3. Anastasiya Qurbanova, 4. Oksana Parxomenko, 5. Odina Əliyeva, 6. Ayşən Abduləzimova, 7. Yelena Parxomenko, 8. Natavan Qasımova, 10. Jana Ağayeva, 11. Katerina Jidkova, 16. Oksana Kiselyova, 17. Polina Rəhimova.

Hakimlər: Xalid Ben Çaabane (Tunis), Fabrizmo Pasquali (İtaliya).

Bari. "PalaFlorio" salonu.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm