Şumaxer boşanır
Bizi izləyin

İdman

Şumaxer boşanır

Şumaxer boşanır

Şumaxer 13 illik həyat yoldaşından ayrılır.

Ancaq söhbət əfsanəvi Mixael Şumaxerdən yox, onun kiçik qardaşı, keçmiş “Formula-1” pilotu Ralf Şumaxerdən gedir.

Publika.az xəbər verir ki, həyat yoldaşı ilə Ralf arasında əmlakın bölünməsi yönündə mübahisə düşüb. Ona görə də, onların boşanma prosesinə vəkillər də cəlb olunacaq.

Ralf Şumaxer xeyli sayda daşınmaz əmlaka sahibdir. Onun varidatı 100 milyon avro həcmində dəyərləndirilir. Şumaxerin həyat yoldaşı Koro Şumaxer özündən savayı, oğlu Devid üçün də pay tələb edir.

Ralf Şumaxer “Formula-1” yarışlarını 2007-ci ildə tərk edib. Kiçik Şumaxer 180 yürüşdə cəmisi 6 qələbə qazanıb, 27 dəfə isə podiuma qalxıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm