• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Almaniyada Azərbaycan klubu yaradıldı

  • İdman
  • 24 Sentyabr 2014 16:59
  • 572 Baxış
Almaniyada Azərbaycan klubu yaradıldı

Almaniyanın Köln şəhərində yerləşən Alman-Azərbaycan Mədəniyyət Evi (AAME) azyaşlılardan ibarət “Bakı” şahmat klubu yaradıb.

Təşkilat sədri Rəşad Quliyevin Publika.az-a verdiyi məlumata görə, kluba əsasən orada yaşayan və Almaniyanın müxtəlif şahmat klublarında oynayan soydaşlarımız və bir neçə xarici xalqların nümayəndələri də daxildir.

Rəşad Quliyevin sözlərinə görə, təşkilatın məram və məqsədlərinə uyğun olaraq, Azərbaycanın tanıdılması adına atılan bu addımın uğuru indidən müxtəlif yerli dairələrdə geniş əks-səda doğurub:

“Kluba şahmat üzrə Şimali Reyn Vestfaliya, Leverkuzen çempionu və bir çox beynəlxalq turnirlərin qalibi İdris Əsədzadəni və bir neçə soydaşlarımızı cəlb etməklə Almaniya Şahmat Federasiyasının da marağına səbəb olmuşuq.

Azərbaycan şahmat ənənəsinin Almaniya şahmatına da töhfə verəcəyini bildirən federasiyanın bölgə nümayəndələri bu addımımızı sevinclə qarşılayıblar. Alman-Azərbaycan Mədəniyyət Evi olaraq klubumuza öz binamızda geniş yer vermişik. Burada klub üzvləri üçün həm dərs-məşğələ otaqları, həm də kiçik turnirlər üçün şərait yaradılıb.

Şahmat lövhəsi, şahmat taxtaları, müxtəlif materiallarla klubumuzu təmin etmişik. Kluba İtaliya uşaq milli komandasının baş məşqçisi, beynəlxalq dərəcəli şahmatçı (İM) Fernando Braga və Şimali Reyn Vestfaliya üzrə müəllim İM Thomas Michalczakı məşqçi olaraq dəvət etmişik”.

Rəşad Quliyev bildirdi ki, klubun bəzi çatışmamazlıqları barədə Azərbaycan Şahmat Federasiyasına kömək üçün müraciət olunub.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR