Pokerin “şahı” “Yekədiş”ə meydan oxudu
Bizi izləyin

İdman

Pokerin “şahı” “Yekədiş”ə meydan oxudu

Pokerin “şahı” “Yekədiş”ə meydan oxudu

Dünyanın ən güclü tennisçilərindən hesab edilən Rafael Nadalla məşhur braziliyalı sabiq futbolçu Ronaldo arasında xeyriyyə məqsədilə poker oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, milyonlarla insanın sevimlisi olan bu iki idmançı keçən il baş tutan 130 min dollarlıq qarşılaşmanın iştirakçıları olublar. Poker masalarının mini derbisi adını qazanan matçdan Nadal qalib ayrılıb.

Yaxınlarda açıqlama verən Nadal “Fenomen”lə yenidən qarşılaşmaq üçün səbirsizləndiyini deyib:

“Ronaldo ilə oynamaq üçün səbirsizlənirəm. Artıq həmin oyundan bir il ötüb. Özümə inanmım xeyli artıb”.

Ronaldo isə öz növbəsində qələbə qazanacağına ümid edir:

“Bu dəfə ciddi hazırlıq prosesindən keçmişəm. Təcrübəm artıb. Hər şey fərqli olacaq. Qalib gələcəyimə ümid edirəm”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm