O, “Ferrari”nin yeni prezidenti ola bilər
Bizi izləyin

İdman

O, “Ferrari”nin yeni prezidenti ola bilər

O, “Ferrari”nin yeni prezidenti ola bilər

“Yuventus”un prezidenti Andrea Agnelli “Ferrari”nin rəhbəri olmağa namizəd göstərilir.

İddialara görə, o, bu yaxınlarda “Ferrari”nin prezidentliyindən istefa verən Luka Di Montezemelonu əvəz edəcək. Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Libero” nəşri məlumat yayıb.

Andrea Agnellinin “Yuventus”a gəlişindən sonra klub uğurlu dövrünə qədəm qoyub. Məhz bu səbəbdən də ailə Andreanı “Ferrari”də görmək niyyətindədir.

Xatırladaq ki, müvəqqəti olaraq prezident funksiyasını “Fiat”ın rəhbəri Serjio Markione öz üzərinə götürüb. Andrea “Fiat”ın direktoru Canni Anyellinin qardaşı oğludur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm