Messi ona “it oğlu it” deyib
Bizi izləyin

İdman

Messi ona “it oğlu it” deyib

Messi ona “it oğlu it” deyib

İspaniya çempionatının son turunda “Malaqa” ilə “Barselona” arasında keçirilən oyunda qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan oyundan sonra “Malaqa”nın mərkəz müdafiəçisi Veliqton “Barsa”nın ulduzu Messini ittiham edib.

Oyunun 83-cü dəqiqəsində Veliqton Messinin üzündən yapışdığı üçün sarı vərəqə ilə cəzalanıb. Oyundan sonra müdafiəçi bildirib ki, Messi onu təhqir etdiyi üçün belə hərəkətə əl atıb:

“Messinin üzündən ona görə yapışdım ki, o, mənə “it oğlu it” dedi. Bizim komanda əla oyun keçirdi. Buna görə bizi təbrik etmək olar. “Barsa”ya qarşı oynamaq asan deyil. Son günlər dəfələrlə bu komandanın oyunlarını analiz etmişdik. Bu da öz nəticəsini verdi, “Barsa”nın qarşısını ala bildik”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm