Atasının yolu ilə gedir
Bizi izləyin

İdman

Atasının yolu ilə gedir

Atasının yolu ilə gedir

“Formula-1”in yeddiqat qalibi Mixael Şumaxerin oğlu Mik Betç atasının yolu ilə getmək istəyir.

Publika.az xəbər verir ki, oğul Şumaxer artıq ilk uğuru da əldə edib. O, ötən həftə kartinq yarışlarının KF-Junior növü üzrə keçirilən dünya çempionatında 2-ci yeri tutub.

Betç vitse-çempionluğunu belə şərh edib:

“Bu, mənim karyeramda startdır. Təbii, belə uğura görə sevinirəm, amma əsas məqsədim “Formula-1”in çempionu olmaqdır”.

Qeyd edək ki, Mixael Şumaxer hazırda İsveçrədəki evində reabilitasiya keçir. O, dağda xizək sürərkən yıxılaraq başından zədə almış, 6 ay komada qalmışdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm