Şok ittiham - Repçini dini törənə görə öldürüblər
Bizi izləyin

İdman

Şok ittiham - Repçini dini törənə görə öldürüblər

Şok ittiham - Repçini dini törənə görə öldürüblər

Qana millisinin üzvü Asamoa Qyan repçini öldürməkdə ittiham olunur.

Publika.az xəbər verir ki, qanalı forvardın Teopilus Taqoe adlı repçini dini törənə görə qurban verdiyi deyilir.

Boğulduğu deyilən repçinin cəsədi hələ də tapılmayıb. İşin maraqlı tərəflərindən biri də budu ki, bir jurnalist Qyana haqqında səsləndirilən bu ittihamla bağlı sual verib və qəzet əməkdaşı vəhşicəsinə döyülüb. Jurnalisti döyən bir qrup gəncin arasında Qyanın qardaşı da olub...

Hazırda BƏƏ-nin “Əl-Əyn” klubunda çıxış edən Asamoa repçinin ölümündə əbəs yerə əsas şübhəli şəxsə çevrilməyib. O, aralarında “Kastro” ləqəbli repçinin də olduğu dostları ilə birgə adalardan birinə tətilə gedib. Repçi məhz adadakı tətildən sonra yoxa çıxıb. İddia olunur ki, Qyan və dostları repçini dini törənə qurban veriblər.

Qyanın yaşadığı qitədə - Afrikanın bəzi yerlərində dini törənlər üçün insanların qurban verilməsi adətləri hələ də saxlanılır.

Qeyd edək ki, Asamoa Qyan “Udineze”, “Modena”, “Sanderlend”, “Renn” kimi tanınmış klublarda çıxış edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm