Güloğlan Cabbarov “Xəzər Lənkəran” camiəsindən üzr istədi
Bizi izləyin

İdman

Güloğlan Cabbarov “Xəzər Lənkəran” camiəsindən üzr istədi

Güloğlan Cabbarov “Xəzər Lənkəran” camiəsindən üzr istədi

Hər həfətnin bazar ertəsi "CHATBOX" kanalında yayımlanan "Top-top" verilişinin bu gün xüsusi buraxılışı olub.

Publika.az xəbər verir ki, verilişin qonaqları “Neftçi”nin keçmiş idman direktoru Güloğlan Cabbarov, “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu və daimi ekspert Elnur Əşrəfoğlu olub.

Verilişdə ötən il mayın 28-də “Neftçi” ilə “Xəzər Lənkəran” arasında keçirilən Azərbayca kubokunun final qarşılaşmasından sonra yaşananlar da müzakirə olunub.

Həmin hadisələrin mərkəzində olan Güloğlan Cabbarov canlı efirdə “Xəzər Lənkəran” camiəsindən rəsmən üzr istəyib. Verilişin videoyazısı yaxın müddətdə idman portallarında yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm