• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ona görə inanılmaz aksiya hazırlayıblar – FOTO

  • İdman
  • 25 Sentyabr 2014 14:45
  • 399 Baxış
Ona görə inanılmaz aksiya hazırlayıblar – FOTO

“Mançester Yunayted” azarkeşlərinin klubun keçmiş ulduzu Ronaldoya olan sevgisi bitmək bilmir.

Publika.az-ın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, azarkeşlər Ronaldo üçün pankart hazırlayıblar.

Məlumata görə, bu həftə oynanılacaq matçda “Evinə dön Ronaldo” (Come home Ronaldo) yazılmış pankart “Old Trafford”un səmasına buraxılacaq.

Mətbuaı pankart açıldıqdan sonra Ronaldonun bu olaya göstərəcəyi reaksiyanı çox maraqla gözləyir.

Qeyd edək ki, MY azarkeşləri böyük ictimai çəkiyə, klub rəhbərliyinə təsir etmək imkanına malikdir. Məhz fanatların təzyiqi ilə Devid Moyes baş məşqçi postundan qovulmuşdu.

Azarkeşlər ötən mövsüm Moyesin qovulması üçün bu cür pankart hazırlanmasına 840 funt ödəmiş, təyyarə icarəyə götürmüşdülər.

Həmin aksiyanı yenə də təşkil etmək istəyən azarkeş qrupu bunun üçün bu dəfə 3 min funtdan keçib. Bu barədə “United Reel” adlı azarkeş qrupunun qurucusu Oli Qrandidc məlumat verib. Azarkeş qrupunun rəhbəri Ronldonu qaytarmaq üçün əllərindən gələni edəcəklərini deyib:

“Ronaldo komandamıza gələnə qədər bu cür aksiyaları davam etdirəcəyik”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR