Olimpiya mükafatçımızdan həyat yoldaşına sürpriz – FOTOLAR
Bizi izləyin

İdman

Olimpiya mükafatçımızdan həyat yoldaşına sürpriz – FOTOLAR

Olimpiya mükafatçımızdan həyat yoldaşına sürpriz – FOTOLAR

Azərbaycan ağır atletika millisinin üzvü, olimpiya mükafatçısı Valentin Xristov həyat yoldaşı üçün sürpriz edib.

Publika.az xəbər verir ki, idmançı həyat yoldaşının adını qoluna tatuirovka etdirib. Valentin qoluna “Nergiz” sözünü tatu etdirib. Daha sonra idmançı tatunun şəklini sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, Valentin Xristov azərbaycanlı bir xanımla evlidir. O, futbol üzrə qadın millimizin keçmiş üzvü Nərgiz Paşayeva ilə ailəlidir. 3 ildir birlikdə olan cütlüyün 1 oğlu, 1 qızı var.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm