UEFA “Qarabağ”ın rəqibini də təftiş edir
Bizi izləyin

İdman

UEFA “Qarabağ”ın rəqibini də təftiş edir

UEFA “Qarabağ”ın rəqibini də təftiş edir

UEFA cari mövsümdə avrokuboklarda iştirakını bərpa edən bəzi klubların maliyyə hesabatlarını yoxlayır.

Publika.az xəbər verir ki, qitə futbol qurumu “Monako”, “Roma” və “Qarabağ”ın Avroliqadakı rəqibi “İnter”i də təftiş etmək qərarına gəlib. Bu klubların hər üçü ötən mövsüm avrokuboklardan kənarda qalmışdı.

Bir neçə gün əvvəl maliyyə yoxlamasına tuş gələn “Liverpul”un maliyyə feyr-pleyini pozduğu üçün Çempionlar Liqasında iştiraka görə ödəniləcək 7 milyon avrodan məhrum ola biləcəyi bildirilirdi.

Qeyd edək ki, UEFA-nın əvvəlki yoxlamalarından sonra qaydaları pozduqlarına görə, “Mançester Siti” və PSJ 60, “Zenit” isə 12 milyon avro cərimə edilmişdi.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm