“Qalatasaray” Tokatdan darmadağınla dönür
Bizi izləyin

İdman

“Qalatasaray” Tokatdan darmadağınla dönür

“Qalatasaray” Tokatdan darmadağınla dönür

Türkiyə Kubokunun qrup mərəhələsində V turun oyunlarına start verilib. Publika.az xəbər verir ki, "Qalatasaray" bu gün "Tokatspor"un qonağı olub.

Oyun İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 26-cı dəqiqədə "Qalatasaray"da ikinci rəsmi matçına çıxan İzet Hayroviç açıb. O, digər yeni transfer Lukas Ontiveronun ötürməsini qola çevirib. 40-cı dəqiqədə Yekta Kurtuluş fərqlənib. 83-cü dəqiqədə isə iki gün öncə "Qalatasaray"la müqavilə bağlayan Veysel Sarı rəqib qapısına yol tapıb. Qolun ötürməsi isə Hayroviçdən gəlib.

Qeyd edək ki, Roberto Mançini 6:0-lıq "Bursaspor" matçının start heyətində yer verdiyi futbolçuları Tokata aparmayıb. İtalyan mütəxəssis qışda alınan futbolçularun 8-nə bu oyunda şans verib.

Türkiyə Kuboku

Qrup mərhələsi

V tur

5 fevral

Tokatspor - Qalatasaray

Qollar: İzet Hayroviç, 26. Yekta Kurtuluş, 40. Veysel Sarı, 83.

Qalatasaray: Ufuk Ceylan, Salih Dursun, Aurelien Çedyu, Guillermo Burdisso, Aleks Telles (Berk İsmail Ünsal, 73), Yekta Kurtuluş, Emre Çolak, Lukas Ontivero (Umut Gündoğan, 67), Veysel Sarı, İzet Hayroviç, Umut Bulut (Koray Günter, 79).

Ehtiyat oyunçular: Aykut Erçetin, Ceyhun Gülselam, İbrahim Coşkun, Emre Can Coşkun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm