• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Çempionat qalmaqalla başladı – Dava düşdü

  • İdman
  • 25 Sentyabr 2014 16:53
  • 387 Baxış
Çempionat qalmaqalla başladı – Dava düşdü

Bu gün futzal üzrə Azərbaycan çempionatı başlayıb.

İlk oyun günündə 2 qarşılaşma keçirilib. Ancaq çempionatın startı qalmaqalla yadda qalıb.

Publika.az xəbər verir ki, turun açılış matçında ölkə çempionu "Araz" "Qarabağ Veteranları"nı 11:1 hesabı ilə darmadağın edib.

Günün 2-ci qarşılaşmasında, "Xəzər Aylands"la "Fener"in görüşundə aləb bir-birinə dəyib. Hesabda geri düşən çempionatın debütantının baş məşqçisi Elnur Qəmbərov məğlubiyyətin günahını hakimlərdə görüb.

Hakimlərlə mübahisə edən çalışdırıcı, komandasını meydandan çıxarmaq qərarına gəlib. Lakin futzal federasiyasının prezidenti Zaur Axundovun müdaxiləsindən sonra oyun davam etdirilib və "Fener" 4:3 hesabı ilə qalib gəlib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR