15 yaşlı qızın qəhrəmanlığı Şvartsneggeri də heyrətləndirdi – FOTOLAR
Bizi izləyin

İdman

15 yaşlı qızın qəhrəmanlığı Şvartsneggeri də heyrətləndirdi – FOTOLAR

15 yaşlı qızın qəhrəmanlığı Şvartsneggeri də heyrətləndird – FOTOLAR

Rusiyalı ağırlıqqaldıran Mariana Naumova hamını heyrətləndirən bir nəticəyə imza atıb.

Publika.az xəbər verir ki, Mariana ABŞ-da keçirilən yarışda rekord nəticə əldə edib. Belə ki, idmançı üçüncü cəhdində heç bir çətinlik çəkmədən 145 kq-ı başı üzərinə qaldırıb.

İşin maraqlı tərəfi bundadı ki, Naumovanın cəmi 15 yaşı var. Mariana 145 kq-ı qaldırdıqdan sonra bildirib ki, onun əsas məqsədi 150 kq-ı qaldırmaqdı:

“Əsas arzum 150 kq-ı qaldırmaqdı. Amma təəssüf ki, bu dəfə bunu bacarmadım. Bununla belə, 145 kq da pis nəticə deyil”.

Naumovanın qəhrəmanlığına Hollivudun məşhur aktyoru Arnold Şvartsnegger də biganə qalmayıb. O, Marinanı təbrik edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm