• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Əmir vəd verdi – “Qışa da hazırıq”

  • İdman
  • 26 Sentyabr 2014 10:40
  • 441 Baxış
Əmir vəd verdi – “Qışa da hazırıq”

Qətər əmiri Şeyx Tamim ben Hamad Al Tani 2022-ci ildə keçiriləcək dünya çempionatını qışda təşkil etməyə hazır olduqlarını bildirib.

Publika.az xəbər verir ki, Şeyx FİFA-nın belə qərar verəcəyi təqdirdə, mundialı heç bir problem olmadan təşkil edəcəklərini deyib:

“Biz çempionatın yayda keçirilməsi üçün ərizə vermişdik. Ancaq turnirin nə vaxt keçiriləcəyi ilə bağlı qərarı FİFA verəcək. Bizim sifarişimiz ən yaxşı idi. Çempionatın nə vaxt keçirilməsindən aşlı olmayaraq, bu, futbol tarixinin ən yaxşı mundialı olacaq”.

Qeyd edək ki, yayda Qətərdə havanın həddindən artıq isti olduğunu vurğulayan mütəxəssislər, mundialın qışda keçirilməsini təklif edib. FİFA və UEFA prezidentləri də bu ideyanı dəstəkləyib. Bu həftənin sonunda FİFA-nın İcraiyyə Komitəsinin məsələ ilə bağlı qərar verəcəyi gözlənilir.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR