Millinin futbolçusunu gecə klubuna buraxmadılar – FOTO
Bizi izləyin

İdman

Millinin futbolçusunu gecə klubuna buraxmadılar – FOTO

Millinin futbolçusunu gecə klubuna buraxmadılar – FOTO

Türkiyə milli komandasının keçmiş üzvü Tümer Metini "Pizza Emirgan" adlı gecə klubuna buraxmayıblar.

Publika.az xəbər verir ki, yeni fəaliyyətə başlayan klub son zamanlar bütün məşhurların əsas istirahət məkanına çevrilib. Ötən gün Tümer Metin də gecə klubuna baş çəkmək istəyib, ancaq onu içəri buraxmayıblar.

Özünə qarşı belə münasibətdən təəccüblənən Metin əsəbiləşərək qışqırmağa başlayıb:

"Məni içəri necə buraxmaya bilərsiz? Mən Tümer Metinəm".

Ancaq onun etirazı nəticəsiz qalıb. Etirazının faydasız olduğunu görən Tümer, əylənmək üçün başqa məkana üz tutub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm