Acun ona 400 milyon qazandıracaq
Bizi izləyin

İdman

Acun ona 400 milyon qazandıracaq

Acun ona 400 milyon qazandıracaq

“Fənərbaxça” klubunun prezidenti Aziz Yıldrımın böyük önəm verdiyi "1 milyon üzv" layihəsini kütləyə tanıtdırmaq üçün Türkiyənin tanınmış promoterlərindən biri seçilib.

Publika.az xəbər verir ki, Acun İlicalının rəhbərlik etdiyi qurum -“Acun Medya” bu işlə məşğul olacaq. Oktyabrın 15-dən başlayaraq 2 il ərzində həyata keçirilməsi planlaşdırılan layihə çərçivəsində ən azı 200 min üzv toplanması nəzərdə tutulur. Kampaniyanın təbliğatı üçün reklam filmi də hazırlanıb.

"Komandana sahib çıx" şüarı ilə çəkilən qısa reklam süjeti 15 gün ərzində nümayiş olunacaq.

Xatırladaq ki, “Fənərbaxça” rəhbərliyi bu layihə sayəsində ildə 400-500 milyon TL (150 - 180 milyon avro) qazanmağı planlaşdırır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm