Onun qaytarılması üçün 160 milyon tələb olunur
Bizi izləyin

İdman

Onun qaytarılması üçün 160 milyon tələb olunur

Onun qaytarılması üçün 160 milyon tələb olunur

Kriştiano Ronaldonun “Mançester Yunayted”ə qayıdacağı ilə bağlı məsələ gündəmdən düşmür.

Bir müddət əvvəl ulduz futbolçu mətbuata verdiyi açıqlamada keçmiş klubuna qayıda biləcəyinə işarə etmişdi. Hətta İngiltərə klubunun azarkeşləri bununla bağlı aksiya da keçirməyi planlaşdırır.

Publika.az xəbər verir ki, Ronaldonun “Real”ı tərk etməsi üçün “Mançester Yunayted” 160 milyon avro ödəməlidir. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Futbolçu özü isə “qırmızı şeytanlar”dan həftəlik 500 min avro məvacib tələb edir. Hazırda portuqaliyalı ulduz “Real”da həftəyə 350 min avro qazanır.

Onu da qeyd edək ki, Ronaldo klubun transfer siyasətindən narazılığını bildirəndən sonra PSJ və “Çelsi” də futbolçunun transferi üçün fəaliyyətə başlayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm