Cahangir Əsgərov onu qovdu – Ara qarışdı
Bizi izləyin

İdman

Cahangir Əsgərov onu qovdu – Ara qarışdı

Cahangir Əsgərov onu qovdu – Ara qarışdı

Ağır Atletika Federasiyası Beynəlxalq Ağır Atletika Federasiyasına olan 500 min borcunu ödədikdən sonra yığma komandada növbəti dəyişiklik edilib.

Publika.az xəbər verir ki, millinin baş məşqçisi Zlatan Vanev istefaya göndərilib. Nizami Paşayev isə yenidən milliyə qaytarılıb. O, millinin məşqçisi kimi fəlaiyyət göstərəcək.

Millinin yeni baş məşqçisinin də əcnəbi olacağı bildirilir. Deyilənlərə görə, yığmaya ya macar, ya da yenə bolqar mütəxəssis dəvət ediləcək.

Vitse-prezident: “Bəlkə, siz agentsiz?”

Baş verən dəyişikliklə bağlı Ağır Atletika Federasiyasının vitse-prezidenti Elxan Əliyevin münasibətini öyrənmək istədik. Ancaq deyəsən, federasiyanın vitse-prezidenti mətbuata nə cavab verəcəyini, nədən danışacağını bilmirdi. Elə ona görə də bizim suallarımızı olduqca aqressiv qarşıladı:

“Mən belə cavab verə bilmərəm, e-mail yazın”.

“Elxan müəllim, neçə günə cavablayacaqsız” sualına “nə vaxt baxsaq, o vaxt da cavab verəcəyik” cavabını verdi. Ardınca “bəlkə, siz agentsiz” deyib, telefonu qapatdı.

Nizami Paşayev nədən və kimdən çəkinir?

Ardınca vaxtilə milli komandanın baş məşqçisi olmuş veteran idmançı Nizami Paşayevlə əlaqə saxladıq. Vaxtı ilə federasiyadan narazılığını dilə gətirən, legionerlərə daha çox önəm verildiyini deyən Nizami Paşayev bu dəfə danışmağa “çətinlik” çəkdi.

Gah dedi “mən cavab verə bilmərəm”, gah dedi ki, “xəbərim yoxdur”, gah da telefonu bir dostuna verdi, o da “meneceriyəm” dedi. Və sonda onun dilindən bir-iki kəlmə qoparda bildik:

“Bəli, milliyə, köməkçi məşqçi kimi çağırılmışam. Bir neçə gün olar məşqlərə başlamışıq. Federasiyadan zəng etdilər, dəvət etdilər. Mən də gəldim”.

İşsiz olduğu dönəmdə mətbuata məmnuniyyətlə açıqlama verən Nizami Paşayev indi nədən və kimdən çəkinir? Olmaya, məşqçi vəzifəsi adamın dilini də bağlayır?

Xatırladaq ki, işsiz olduğu dönəmdə Publika.az-a açıqlamasında Paşayev belə demişdi:

“400 min dollar verib, xaricdən idmançı gətirirlər. Bundansa, pulu öz idmançılarımıza xərcləsələr, daha yaxşı olar. Yerli idmançılar daha yaxşı nəticələr verər”. (http://publika.az/p/4119 )

Yenə də əcnəbi olacaq

Təbii ki, nə vitse-prezidentin, nə də Nizami Paşayevin cavabları bizi qane edə bilərdi. Araşdırmalarımızı davam etdirdik. Federasiyadakı mənbədən aldığımız məlumatlara görə, məsələnin mahiyyəti bir az fərqlidir.

Mənbənin verdiyi məlumata görə, Vanevin yerinə əcnəbi məşqçinin gətiriləcəyi xəbəri düzdür. Yeni baş məşqçi ya Macarıstandan, ya da Bolqarıstandan gətiriləcək. Onun kimliyi hələ ki bəlli deyil.

Mənbə onu da bildirdi ki, Nizami Paşayev milliyə köməkçi məşqçi kimi dəvət olunub. Ancaq onunla rəsmi müqavilə bağlanmayıb. Ola bilsin ki, yeni baş məşqçi Paşayevlə işləmək istəməsin. Onda Paşayev yenə də işsiz qalacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm