O da naz edir
Bizi izləyin

İdman

O da naz edir

O da naz edir

Dortmund “Borussiya”sının və Almaniya millisinin aparıcı futbolçularından olan Marko Roys klubla müqaviləsini yeniləməkdən boyun qaçırır.

Publika.az xəbər verir ki, 25 yaşlı xavbek gələn yay Dortmundu tərk etmək niyyətindədir.

Roysun “sarı-qaralar”la hazırkı müqaviləsinin müddəti 2016-cı il iyunun 30-na kimi nəzərdə tutulub. O, başqa kluba keçmək istədiyindən anlaşmanı uzatmaqdan imtina edir. Belə olan halda “Borussiya” rəhbərliyi də futbolçunu havayı buraxmamaq üçün onu yayda satmağa üstünlük verəcək.

İstedadlı yarımmüdafiəçinin transfer qiyməti 25 milyon avro civarındadı və müştərilər sırasında “Real”ın adı birincidi. Maraqlı məqam odur ki, Madrid klubu eyni qiymətə “Bavariya”dan Toni Kroosu almışdı. Kroos da müqaviləni yeniləməkdən boyun qaçırmışdı...

Futbolçu uğrunda mübarizədə “Real”a “Mançester Yunayted” və “Liverpul” rəqib ola bilər. Roys cari mövsümdə “Borussiya”nın heyətində 3 oyunda meydana çıxıb, 1 qol vurub. Marko Dortmundda üçüncü mövsümünü keçirir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm