“Barsa”lı ulduzların nə yediyi məlum oldu – FOTO
Bizi izləyin

İdman

“Barsa”lı ulduzların nə yediyi məlum oldu – FOTO

“Barsa”lı ulduzların nə yediyi məlum oldu – FOTO

"Barselona"lı oyunçuların "Malaqa" ilə oyundan sonra sifariş verdikləri yemək siyahısı İspaniya mətbuatının əlinə keçib.

Publika.az xəbər verir ki, Katalon təmsilçisinin futbolçularının əksəriyyəti pizza və suşiyə üstünlük verir. Növbəti pillədə isə sendviç qərarlaşıb. "Barselona"nın hücumçularından Neymar və Suares matçdan sonra jambonlu pizza istəyib.

Messi isə sadəcə pendirli pizzaya üstünlük verib. Rakitiç, Rafinya, Bartra və Serji Roberto suşi sifariş verib. Digər oyunçular isə sendviç, meyvə və salat sifariş ediblər.

Ən maraq doğuran seçim isə Jerar Pike və Ter-Stegendən gəlib. Hər iki futbolçu şokoladlı çörəyə üstünlük verib. Diqqətçəkən bir məqam da Pikenin siyahıda "Nutella" sözünü böyük hərflərlə yazması olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm