• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qonşuların şikayətindən sonra xəyanətin üstü açıldı

  • İdman
  • 26 Sentyabr 2014 17:12
  • 716 Baxış
Qonşuların şikayətindən sonra xəyanətin üstü açıldı

“Qalatasaray”ın ulduzu Sneyder həyat yoldaşı Yolante Kabaunun ölkə xaricində olmasından yararlanaraq evini gecə klubuna çevirib.

Publika.az xəbər verir ki, bu iddianı Türkiyə mətbuatı ortaya atıb. Kabaunun İslandiyaya getdiyi gündən etibarən, Sneyder evində səhərə qədər partilər təşkil edib. Hər gecə müxtəlif əcnəbi və türk gözəlçələrin qatıldığı partilərdə Sneyderin yoldaşına bir neçə dəfə xəyanət etdiyi də bildirilir.

Evindəki əyləncələrə rəqqasə də gətirdən məşhur futbolçu, bu hərəkətləri ilə qonşularını hövsələdən çıxarıb. Məsələnin üstü də məhz qonşuların şikayəti əsasında açılıb.

Deyilənlərə görə, Uesli Sneyderin səhərə qədər gözəlçələrlə əylənməsindən Yolante Kabaunun xəbəri yoxdur.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR