“Neftçi” Ali Məhkəmədə də məğlub oldu
Bizi izləyin

İdman

“Neftçi” Ali Məhkəmədə də məğlub oldu

“Neftçi” Ali Məhkəmədə də məğlub oldu

Ali Məhkəmədə “Neftçi” rəhbərliyinin xeyli müddətdi fəaliyyətini dayandırmış “Sport Favorit” qəzeti barədə qaldırdığı kassasiya şikayətinə baxılıb.

Publika.az xəbər verir ki, klub rəhbərliyi Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul etməsini istəyirdi. Ali məhkəmədə klub rəsmilərinin 10 min manatlıq təzminat tələbi gözdən keçirilib.

Aprelin 22-də “Sport Favorit” və "Neftçi"nin qarşılıqlı şikayət ərizələri üzrə növbəti məhkəmə iclası keçirilib. Qətnaməyə görə, "Sport Favorit"in etirazı böyük ölçüdə haqlı hesab olunub. Beş min manat cərimə 1000 manata endirilib.

“Neftçi”nin prezidenti Sadıq Sadıqov özünün, klubun vitse-prezidenti (artıq eks) Tahir Süleymanov və mətbuat katibi Gündüz Abbaszadənin “Sport Favorit” tərəfindən təhqir olunması iddiası ilə ötən ilin oktyabrında Nəsimi rayon məhkəməsində baş redaktor İlkin Vaqifoğlu barəsində mülki iş açdırmışdı. Klub rəsmiləri işgüzar nüfuzun müdafiəsi, şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatların təkzib olunması, maddi və mənəvi zərərin tutulması tələbi irəli sürüb. Qaldırılan mülki işə əsasən, “Neftçi” tərəfi qəzetdən 100 min dollar istəyib.

Bu gün Ali Məhkəmədə keçirilən iclasda hər iki tərəfin nümayəndəsi çıxış edib. Məhkəmə "Neftçi"nin iddiasının təmin olunmaması barədə qərar çıxarıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm