Hindlilər Avropada ulduz qoymadı
Bizi izləyin

İdman

Hindlilər Avropada ulduz qoymadı

Hindlilər Avropada ulduz qoymadı

Hindistandan Avropanın futbol ulduzlarına gələn cəlbedici təkliflərin ardı-arası kəsilmir.

Rumıniya millisinin sabiq üzvü Adrian Mutu da bu ölkəyə üz tutur.

Publika.az xəbər verir ki, hazırda Rumıniyanın “Petrolul” klubunda çıxış edən 35 yaşlı hücumçuya Hindistanın “Puna Siti” klubundan dəvət gəlib.

Yaxın günlərdə rumıniyalı futbolçunun Hindistan təmsilçisiylə müqavilə bağlayacağı gözlənilir. Adrian Mutu karyerası ərzində İtaliyanın “İnter”, “Verona”, “Yuventus”, “Parma”, “Fiorentina”, “Çezena” və İngiltərədə “Çelsi”də forma geyinib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm