Spreyin də zayı çıxdı
Bizi izləyin

İdman

Spreyin də zayı çıxdı

Spreyin də zayı çıxdı

Braziliyada keçirilən dünya çempionatında istifadə olunan spreydən daha futbol oyunlarında yararlanmaq mümkün olmayacaq.

Publika.az xəbər verir ki, Almaniyada araşdırmalar apardıqdan sonra spreyin "hormonlara təsiri ola bilər" kimi fikir yaranıb. Həkim Qreta Dau "Almaniyada istifadə oluna bilməz. İndiki vəziyyətdə də istifadəsinə icazə verə bilmərik" deyib.

Dünya çempionatından sonra Avropada da futbol oyunlarında hakimlər spreydən istifadə edirlər. Almaniyada təxminən 13 avroya satılan bu spreydən Bundesliqada, İspaniya, İtaliya, İngiltərə, Fransa çempionatlarında istifadə edilir. Lakin artıq almanlar spreydən istifadəyə qadağa qoyurlar və bundan istifadəyə görə pul cəriməsi də nəzərdə tutulub.

Almaniya kimi digər "böyük beşlik" ölkələrinin də tezliklə spreydən imtina edəcəyi gözlənilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm