Messinin ürəkbulanması haqda baş məşqçi açıqlama verdi
Bizi izləyin

İdman

Messinin ürəkbulanması haqda baş məşqçi açıqlama verdi

"Barselona"nın baş məşqçisi Luis Enrike diskvalifikasiya səbəbindən yaşıl meydanlardan uzaq qalan Luis Suaresin fiziki vəziyyəti haqqında danışıb. Publika.az xəbər verir ki, baş məşqçi mətbuata danışarkən Messinin tez-tez ürək bulanmasına da toxunub:

"Suaresin çəkisi nəzarət altındadır. Luisin möhkəm bədən quruluşu var. Elit idmançılar həmişə mikroskopun altındadılar.


Suares yarış rejiminə malik çox güclü bədənə malikdi. Əgər istəsəniz, liposaksiyasına (bədənin müəyyən hissəsində piy dərəcəsinin artıb-azalmasını müəyyən edən kosmetoloji əməliyyat) baxa bilərsiniz.

Messinin ürək bulanmasına gəldikdə isə, Nə həkimlər, nə də idman göstəriciləri cəhətdən heç bir narahatçılıq yoxdu. Mən buna o qədər də əhəmiyyət vermirəm".

Aygün İlqarqızı






Oxumağa davam et
Reklam
Reklam

Gündəm