Millimiz Belçikaya məğlub oldu
Bizi izləyin

İdman

Millimiz Belçikaya məğlub oldu

İtaliyada qadın voleybolçular arasında dünya çempionatı davam edir.

Publikal.az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün qrupda dördüncü matçını keçirib.

Yığmamız bu dəfə Belçika millisi ilə qarşılaşacaq. Keçirdiyi üç görüşdən sonra 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan komandamız bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans əldə edəcəkdi. Lakin yığmamız rəqibinə heç bir müqavimət göstərə bilməyib - 0:3.

Qrupun digər oyunlarında Yaponiya Puerto-Rikonu, Çin isə Kubanı sınağa çəkəcək.

Qeyd edək ki, qrupda Yaponiya və Puerto-Rikonu 3:2 hesabı ilə məğlub edən millimiz Çinə 0:3 hesabı ilə uduzmuşdu.

27 sentyabr

Dünya çempionatı, IV tur

13:30. Belçika – Azərbaycan - 3:0 (25:21, 25:12, 25:21)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm