Moskvada panika – hamını evakuasiya etdilər – FOTOLAR
Bizi izləyin

İdman

Moskvada panika – hamını evakuasiya etdilər – FOTOLAR

Moskvada panika – Hamını evakuasiya etdilər – FOTOLAR

"Bavariya" ilə MOİK arasında oynanılacaq Çempionlar Liqası qarşılaşmasından öncə alman futbolçuların Moskvada qaldığı oteldə panika yaşanıb.

Publika.az xəbər verir ki, “Bavariya”nın futbolçularının məskunlaşdığı mehmanxanada yanğın siqnalizasiyası işə düşüb. Nəticədə bütün heyəti təcili olaraq evakuasiya ediblər. Bu zaman oyunçular və məşqçi heyəti də adyala bürünərək küçəyə çıxıb.

Diqqətçəkən məqamlardan biri də belə həyəcanlı anda “Bavariya”nın baş məşqçisi Qvardiolanın “selfie” çəkdirməsi olub. Ciddi bir təhlükənin olmadığı aydınlaşandan futbolçular otaqlarına yollanıblar. Klubun mətbuat xidmətindən məsələ ilə bağlı belə açıqlama verilib:

“Hər şey qaydasındadır. Heyət bir saatartıq yatacaq. Bu qədər”.

Xatırladaq ki, Bavariya sabah çempionlar liqasında MOİK-lə qarşılaşacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm