Tamahının ucbatından küçədə qalıb
Bizi izləyin

İdman

Tamahının ucbatından küçədə qalıb

Tamahının ucbatından küçədə qalıb

"Beşiktaş"dan ayrılandan sonra adı bir neçə klubla yanaşı çəkilən Uqo Almeydanın "Əl Nəsr"ə keçəcəyi gündəmdə idi.

Publika.az xəbər verir ki, portuqaliyalı forvardın ərəb klubuna keçidi də baş tutmayıb. 30 yaşlı Almeydaya bir neçə klub maraq göstərirdi. İtaliyanın Seriya A komandalarından "Çezena" onu transfer etmək istəsə də, futbolçunun yüksək məbləğdə pul istəməsi "izdivac"ın baş tutmasına mane olmuşdu.

Uqonun adı son olaraq Birləşmiş Ərəb Əmirlikləri klublarından "Əl Nəsr"lə hallanırdı. Hətta ərəb mətbuatı onun "Əl Nəsr"lə 1+1 şərtiylə anlaşacağını xəbər vermişdi. Lakin "Əl Nəsr" də Almeydanı transfer etməkdən vaz keçib. Üç gün əvvəl Dubaya gedib bu klubun rəsmiləriylə görüşən Almeyda ərəblərlə razılığa gələ bilməyib. Səbəb isə onun ərəblərdən ilinə görə həddən artıq çox pul istəməsidi.

Almeydanın "Qalatasaray", "Ayntraxt" (Frankfurt), "Olimpiakos" kimi klublara transfer olunmaq variantı da olmuşdu.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm