Dağıstandan Azərbaycana gümüş gətirildi
Bizi izləyin

İdman

Dağıstandan Azərbaycana gümüş gətirildi

Dağıstandan Azərbaycana gümüş gətirildi

Dağıstanın Kaspiysk şəhərində 1994-1996-cı il təvəllüdlü güləşçilər arasında Rusiya Federasiyasının qəhrəmanı, Rusiya Daxili İşlər Nazirliyinin general-mayoru Məhəmməd Ömərovun xatirəsinə həsr olunmuş I Beynəlxalq turnir keçirilib.

Publika.az xəbər verir ki, turnirdə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın üzvləri iştirak edib. Komanda xarakterli yarışda Azərbaycanla yanaşı, Şimali Osetiya, Xasavyurt, Kaspiysk, Kabardin-Balkar və Dağıstanın komandaları mübarizə aparıb. Yarımqrupda Şimali Osetiya və Xasavyurt komandaları ilə birgə mübarizə aparan güləşçilərimiz hər iki rəqibini 6:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.


Finalda Dağıstan komandasının güləşçiləri ilə qarşılaşan təmsilçilərimiz 2:6 hesabı ilə məğlub olub və Rusiya Federasiyasının qəhrəmanı Məhəmməd Ömərovun xatirəsinə həsr olunmuş I Beynəlxalq turniri ikinci sırada tamamlayıblar.


Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm