Bu hərəkəti ilə bütün dünyanı heyrətləndirdi
Bizi izləyin

İdman

Bu hərəkəti ilə bütün dünyanı heyrətləndirdi

Bu hərəkəti ilə bütün dünyanı heyrətləndirdi

Almaniya Bundesliqasının 6-cı turu çərçivəsində baş tutan "Paderborn" - "Borussiya" M (1:2) oyununda maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, ev sahibi komandanın futbolçusu Ştefan Kuçke etdiyi hərəkətlə bütün dünyanı heyrətləndirib.

O, Münhenqladbax təmsilçisinin yarımmüdafiəçisi Xristov Kramerin ona qarşı qayda pozuntusuna görə sarı vərəqəylə cəzalanmasına etiraz edib. Almaniyalı hücumçu oyunun baş hakimi Marko Fritslə uzun söhbətdən sonra istəyinə nail olub. Onun bu hərəkəti azarkeşlər tərəfindən alqışla qarşılanıb.

Almaniya mətbuatının yaydığı xəbərə görə, bu ölkənin 2014-cü il üçün feyr-pley mükafatı, daha ciddi hadisə baş verməzsə, Kuçkeyə veriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm