“Altıncı”ya görə üzr istədi
Bizi izləyin

İdman

“Altıncı”ya görə üzr istədi

“Altıncı”ya görə üzr istədi

"Mançester Yunayted"in hücumçusu Ueyn Runi İngiltərə Premyer Liqasının son turunda "Vest Hem"ə qarşı oyunda aldığı qırmızı vərəqə haqda danışıb.

Publika.az xəbər verir ki, Runi MY-nin "Vest Hem"i 2:1 hesabıyla məğlub etdiyi matçda, Dauninqə qarşı etdiyi hərəkətə görə meydandan qovulmuşdu. "Mançester Yunayted"in rəsmi saytına danışan kapitan "Mənə verilən vərəqə ədalətli idi. "Vest Hem"in futbolçusu əks-hücuma keçirdi, onun qarşısını almaq istədim. Amma bunu lazım olan qaydada edə bilmədim" deyib.

Runi hərəkətinə görə üzr istəyib: "Təbii ki, buna görə üzr istəyirəm. Komandamı azlıqda buraxdım. 10 futbolçu ilə "Vest Hem" kimi komandaya qarşı oynamaq çətindi".

"Vest Hem"lə matçda galdığı qırmızı vərəqə Runinin futbolçu karyerasında altıncı olub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm