İdman
Atası yeni kələk hazırlayır
“Barselona”nın braziliyalı ulduzu Neymarın atası klub almağı planlaşdırır.
Publika.az xəbər verir ki, ata Neymar Braziliyanın “Uberlandiya” klubuna sahib olmaq istəyir. Neymarın “Barselona”ya transferi araşdırılarkən məlum olmuşdu ki, ata Neymar oğlunun agenti kimi aldığı vəsaiti vergidən yayındırıb. Bundan sonra FİFA futbolçuların agentə sahib olmalarına qadağa qoyub.
Vəziyyətin ciddiliyini anlayan ata Neymar Braziliya klubuna nəzarət etmək istəyir. O, əməkdaşlıq etdiyi futbolçuları əvvəlcə bu kluba transfer edəcək. Daha sonra isə onların Avropaya çıxışını təmin edəcək. Bu da ona həmin futbolçular üzərində nəzarəti əldə saxlamaq imkanı verəcək.
Ata Neymarın bu istəyinin baş tutub-tutmayacağı klubda keçiriləcək prezident seçkisindən sonra məlum olacaq.
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO