Əli Daei Bakıya gəlir? – “Ona güvənirik, inanırıq” - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

İdman

Əli Daei Bakıya gəlir? – “Ona güvənirik, inanırıq” - RƏSMİ AÇIQLAMA

Əli Daei Bakıya gəlir? – “Ona güvənirik, inanırıq” - RƏSMİ AÇIQLAMA

İranın "Persepolis" komandasının sabiq azərbaycanlı baş məşqçisi, tanınmış futbolçu Əli Daeinin "Neftçi"dən dəvət alması barədə məlumat vermişdik.

İran mətbuatının yaydığı xəbərə görə, "Neftçi" rəhbərliyi hazırkı baş məşqçi Arif Əsədovun işindən razı qalmadığı üçün Daei ilə danışıqlara başlayıb.

Məlumatı dəqiqləşdirmək üçün “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi xəbəri təkzib etdi:

“Bu, kökündən yanlış məlumatdır. Biz də bu barədə mətbuatda oxuduq. Nəinki onunla maraqlanmamışıq, heç bu barədə söhbət belə olmayıb. Yeni təyin etdiyimiz baş məşqçimiz var – Arif Əsədov. Ona güvənirik, inanırıq”.

Qeyd edək ki, İran yığmasının sabiq üzvü Ə.Daei "Persepolis" komandasından uzaqlaşdırılandan sonra İran çempionatında baş məşqçi kimi çalışmaq istəmədiyini bildirib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm