• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Foqtsun şübhəli dəvəti

  • İdman
  • 29 Sentyabr 2014 18:24
  • 538 Baxış
Foqtsun şübhəli dəvəti

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, oktyabrın 13-də isə Xorvatiya yığmaları ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqıanıb.

Publika.az xəbər verir ki, komandamızın baş məşqçisi Berti Foqts bu matçlar üçün 25 futbolçuya dəvət göndərib.

Bundan əlavə, millimiz oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt şəhərində, oktyabrın 8-dən 11-dək İtaliyanın Palermo şəhərində, oktyabrın 11-dən 14-dək isə Xorvatiyanın Osiyek şəhərində təlim-məşq toplanışı keçirəcək. Yığmamızın hər iki oyunu da səfərdə baş tutacaq.

Qeyd edək ki: Ufuk Budak, Taşkın İlter və Dmitri Nazarov təlim-məşq toplanışında oktyabrın 4-dən iştirak edəcək.

Siyahını təqdim edirik:

Kamran Ağayev (Qəbələ), Səlahət Ağayev (İnter) Emil Balayev (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Rasim Ramaldanov (Xəzər Lənkəran), Elvin Yunuszadə (Neftçi), Maksim Medvedev (Qarabağ), İlkin Qırtımov (Simurq), Elnur Allahverdiyev (Neftçi), Ruslan Əmircanov (Qəbələ), Ufuk Budak (Gaziantep B.Ş.B.S.-Türkiyə), Tərlan Quliyev (Qarabağ), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Ruslan Abışov (Qəbələ), Qara Qarayev (Qarabağ), Cavid Hüseynov (Qəbələ), Araz Abdullayev (Neftçi), Taşkın İlter (Ayntraxt Braunşveg-Almaniya), Abdulla Abasıyev (İnter), Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Xəzər Lənkəran), Ağabala Ramazanov (Xəzər Lənkəran), Rüfat Dadaşov (Saabrükken-Almaniya), Dmitri Nazarov (Karlsruher SC-Almaniya), Maqomed Kurbanov (Sumqayıt).

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR