Bizimkilər də belə jest edəcək?
Bizi izləyin

İdman

Bizimkilər də belə jest edəcək?

Bizimkilər də belə jest edəcək?

AÇ-2016-nın seçmə mərhələsinin ilk oyununda Macarıstan millisi evdə gözlənilmədən Şimali İrlandiyaya boyun əymişdi.

Bu məğlubiyyət macar azarkeşləri möhkəm qəzəbləndirmişdi. Azarkeşlərin könlünü almaq üçün futbolçular maraqlı addım atıb. Publika.az xəbər verir ki, növbəti turda - oktyabrın 11-də səfərdə Rumıniya ilə üz-üzə gələcək komanda azarkeşlər üçün 1200 bilet sifariş verib. Biletlərin pulunu futbolçular öz ciblərindən ödəyəcəklər.

“Futbolçuların özlərini günahkar saymaları başadüşüləndi. Təklif bizdən gəldi və onlar da bilet almağa razılıq verdilər. Artıq milli komandamızın məğlubiyyətlərini görməyə səbrimiz qalmayıb. Odur ki, onların elədiyi bu yaxşılıq hələ azdır” - deyə Marianna Tot-Molnar adlı xanım azarkeş bildirib.

1200 biletin qiyməti 5800 avro edir. Hər futbolçu 322 avro xərcə düşməli olacaq. Milyonlar qazanan futbolçular üçün ciddi məbləğ deyil. Görəsən, bizim azarkeşlər də nə vaxtsa daimi məğlubiyyətlərlə hamını hövsələdən çıxardan millinin futbolçularından belə jest görəcək?

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm