Azarkeş öldü, çempionat dayandırıldı
Bizi izləyin

İdman

Azarkeş öldü, çempionat dayandırıldı

Azarkeş öldü, çempionat dayandırıldı

Yunanıstan hökuməti ölkə çempionatının 6-cı turunun təxirə salınması ilə bağlı qərar verib.

Publika.az xəbər verir ki, hökumət bu qərarı azarkeş ölümündən sonra verib. 46 yaşlı Kostas Kaçulis sentyabrın 15-də “Etnikos”la “İrodotos” (3-cü dəstə komandası) azarkeşləri arasında düşən ixtişaş zamanı ciddi xəsarət almışdı. Azarkeş dünən vəfat edib.

Hökumət təkcə futbol oyunlarını təxirə salmayıb. Basketbol üzrə Yunanıstan kubokunun və həndbol çempionatının da oyunları təxirə salınıb.

Hələ ki, təxirə salınmış oyunların nə vaxt keçiriləcəyi ilə bağlı qərar verilməyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm