Ölümlə göz-gözə - Timsahlarla dolu çaya tullanırlar, vulkanın zirvəsindən... - FOTOLAR
Bizi izləyin

İdman

Ölümlə göz-gözə - Timsahlarla dolu çaya tullanırlar, vulkanın zirvəsindən... - FOTOLAR

Ölümlə göz-gözə - Timsahlarla dolu çaya tullanırlar, vulkanın zirvəsindən... - FOTOLAR

Dünyada ən populyar idman növləri hansılardı? Yəqin ki, “futbol, basketbol, voleybol, xokkey, güləş, boks” deyəcəksiniz.

Əslində isə adını eşitmədiyimiz bir çox idman növü var. Özü də bu idman növləri digərlərindən çox təhlükəli olması ilə fərqlənir. Çoxlarının məlumatsız olduğu idman növləri var ki, idmançılar dərəcələr alıb, rekordlar qırırlar.

Publika.az bu idman növlərindən bəzilərini təqdim edir:

Sleklayninq (Slacklining)

Bu idman növündə iki nöqtə arasına çəkilən rezin ip üzərində, tarazlığı qoruyaraq hərəkət etmək qarşıya məqsəd qoyulur. İki nöqtə arasına çəkilən ip adətən hündürlükdə quraşdırılmır. Ancaq daha çox adrenalin almaq istəyənlər bu ipi istədikləri yüksəkliyə çıxara bilir, hətta dağ zirvəsinə...

Sleklayninq adrenalin həvəskarlarının ən sevimli idman növlərindəndir.

Qatar sörfü (Train surfing)

Dünyanın ən qəribə idman növlərindən biridir. Xüsusilə Cənubi Afrikada və Hindistanda çox məşhurdur. Hərəkət halında olan qatarın üzərinə çıxan gənclər minlərlə volt enerji daşıyan elektrik kabellərindən qorunmağa çalışar. Ancaq bu adrenalin dolu "əyləncə" səbəbiylə hər il onlarla gənc dünyasını dəyişir. Qatarın üzərindən sağ-salamat enən gənclər hörmətə layiq şəxslər olduqlarını düşünürlər.

Vulkan sörfü (Volcano boarding )

Bu idmanla məşğul olan şəxslər fəaliyyətdə olan bir vulkanın zirvəsindən aşağıya 80 kilometr sürətlə sürüşürlər. İdmançılar sörf zamanı xüsusi qoruyucu paltarlar, dizlik və kaskalar geyinirlər.

Minlərlə insan xüsusi taxtalardan hazırlanmış skeydbordlarla hər il Mərkəzi Amerika ölkəsi Nikaraquanın ən kiçik vulkanı Cerro Neqroya məhz bu idmanla məşğul olmaq üçün gedir. 2005-ci ildən bəri hər il təşkil olunan bu yarışa maraq da az deyil. On minlərlə tamaşaçı bu maraqlı və təhlükəli yarışmanın şahidi olur.

Limbo konkisi (Limbo skating)

Xüsusilə Çin və Hindistan kimi ölkələrdə olduqca məşhurdur. Bu konki idmanına çox erkən yaşda başlamaq lazımdır. Çünki bu idman növündə uğur qazanmaq üçün bədənin çox elastikləşməsi lazımdır.

Müxtəlif kateqoriyalara ayrılan bu idman növünün ən məşhuru isə avtomobilin altından keçməkdir. Bu idman növündə ən yaxşı rekord isə 45 saniyədə 57 avtomobilin altından sürüşərək keçən, Hindistanda "Möcüzə uşaq" ləqəbi ilə tanınan Aniket Çindaka aiddir. 10 yaşlı çinli Vu Xue isə bu növdə 50 metri 8 saniyədən az vaxtda (7,974) keçərək, dünya rekordunu qırıb. Bu idman növündə bədənin elastikliyi ilə yanaşı, boyun kisik olması da vacib şərtlərdən biridir.

Dağ Velosipedi (Mountain Unicycling)

İdmanın adında velosiped sözünün olmasına baxmayın. Bu velosiped digərlərindən fərqlidir. Normal velosipedin yarısı boyda olan alət dağda kələ-kötür çınqıllı yollarda istifadə edilir. Bu idmanın ən məşhur siması Kris Holm belə deyib:

“Bunu hər kəs edə bilməz, öncə buna cəsarət lazımdır”.

“Timsah Banci” ( Alligator Bungee)

“Banci campinq”in (hündürdən iplə tullanmaq) kifayət qədər həyəcanlı olmadığını düşünən macərapərəstlər, tullanışlarını timsahlarla dolu çayların üzərindəki dik dağ yamaclarında reallaşdırır.

Belə tullanışların birində - 2012-ci il yanvarın 8-də Zambiyanın Zambezi çayına Viktoria Falls körpüsündən tullanan Erin Langvorsi ipin qırılması nəticəsində timsahlarla dolu suya düşüb.

Ancaq Lanqvorsi timsahlardan qaçmağı bacarıb, üzərək sahilə çıxıb.

Buzkaşi ( Azərbaycanda Çövkən və ya çovkan )

Asiya ölkələrindən Qırğızıstan və Əfqanıstanın milli idman növü kimi göstərilir. Ancaq bu idman növü Azərbaycanın da milli idman növlərinə daxildir. Azərbaycanda Çövkən və ya çovkan kimi tanınır. Polo oyununa çox bənzəyir. Ancaq bu idmanı polodan ayıran ən böyük xüsusiyyət top əvəzinə başı kəsilmiş ölü keçidən və ya heyvan dərisindən istifadə edilməsidir.

İştirakçılar ölü keçini və ya dərini bir-birlərinə ötürür. Keçini qapıya çatdırana qədər bu proses davam edir. Bu idmanın usta oyunçularının yaşı 40-dan çoxdur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm