Onu futbolçu bildi, hamilə qaldı - “Özümü axmaq kimi hiss edirəm”
Bizi izləyin

İdman

Onu futbolçu bildi, hamilə qaldı - “Özümü axmaq kimi hiss edirəm”

Onu futbolçu bildi, hamilə qaldı - “Özümü axmaq kimi hiss edirəm”

Məşhur futbolçunun adı qəribə bir olayda hallanıb.

Publika.az xəbər verir ki, məşhur ingilis maneken Joze Kanninham "Hall Siti" komandasının kapitanı Kurtis Deyvislə münasibətlərinin olduğunu və ondan hamilə qaldığını açıqlayıb. Cütlüyün münasibəti 18 ay davam edib. Ancaq maraqlıdır ki, maneken aldadıldığını da etiraf edib. Sən demə, onunla birlikdə olan şəxs əsl Kurtis Deyvis olmayıb, sadəcə, özünü elə təqdim edib. Kanninham bundan xəbər tutanda isə artıq gec olub.

Aldadılan maneken “twitter” hesabında açıqlama yayıb:

“İnternetdə tanış olandan sonra mən ondan bəzi şəkillərini istədim. Öncə şübhələnmişdim. Amma o da mənə şəkillərini göndərdi, inandım. Onun kimi idi. Amma sadəcə bənzəyirmiş.

Özümü çox çirklənmiş, alçaq hiss edirəm. 18 ay özünü “Hall Siti”nin futbolçusu kimi təqdim edən biri tərəfindən aldadıldım. Hamilə qaldım. Özümü axmaq kimi hiss edirəm”.

Kurtis Deyvisin isə 25 yaşlı Laura adlı sevgilisi var. Futbolçu baş verənlərdən tam xəbərsiz olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm