Məşhur futbolçunun həyat yoldaşı narkoman çıxdı – FOTOLAR
Bizi izləyin

İdman

Məşhur futbolçunun həyat yoldaşı narkoman çıxdı – FOTOLAR

Məşhur futbolçunun həyat yoldaşı narkoman çıxdı – FOTOLAR

“Zenit”in və Rusiya millisinin futbolçusu Aleksandr Kerjakovun keçmiş həyat yoldaşı Yekaterina Safronova narkotik aludəçisidir.

Publika.az xəbər verir ki, bu barədə məlumatı futbolçunun agenti Yelena Bolotova verib. Bolotova deyib ki, tibbi ekspertizanın nəticəsindən sonra Safronovanın narkotik aludəçisi olduğu müəyyənləşib.

Sankt-Peterburqun Kalinin rayon məhkəməsi bu ilin iyul ayında Yekaterinanın psixoloji durumunun yoxlanılması ilə bağlı qərar verib. Kerjakovun keçmiş həyat yoldaşı ilə nigahdan bir oğlu var. Futbolçu durumu nəzərə alıb Yelenanın analıq hüququndan məhrum edilməsini istəyir.

Tibbi ekspertiza sentyabrın əvvəlində keçirilib. Safronova analizləri verib, onun psixi vəziyyəti yoxlanılıb. Həkimlərin gəldiyi qənaətə görə, Yelena narkotik aludəçisidir.

Futbolçunun agenti bildirib ki, oktyabrın 3-də keçiriləcək məhkəmədə son qərar veriləcək.

Qeyd edək ki, Safronova ilə Kerjakov 2012-ci ildən görüşməyə başlayıb. Həmin vaxt futbolçu birinci arvadından ayrılmışdı. Yelena isə Kerjakova qədər OİK-in hücumçusu Kiril Safronovla yaşayıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm