İstedad belə olar
Bizi izləyin

İdman

İstedad belə olar

İstedad belə olar

Norveç millisinin məşqçilər heyəti 15 yaşlı futbolçuya dəvət göndərib.

Publika.az xəbər verir ki, məşqçilər Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Malta və Bolqarıstana qarşı oyunlar üçün heyəti açıqlayıb. “Stromsqodset”in 15 yaşlı futbolçusu Rane Edeqor da millinin heyətində yer alıb.

Norveç futbolunun istedadlarından hesab olunan Edeqorun 16 yaşı dekabrda tamam olacaq. O, Birləşmiş Ərəb Əmirlikləri ilə keçirilən yoldaşlıq görüşündə meydana çıxıb. Məşqçilər ona Malta və Bolqarıstanla oyunlarda şans versələr, Edeqor Norveç millisində çıxış etmiş ən gənc futbolçu adına sahib olacaq.

Qeyd edək ki, seçmə mərhələdə Azərbaycanla eyni qrupda yer alan Norveç Malta və Bolqarıstanla oktyabrın 10 və 13-də qarşılaşacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm