Çempionlar Liqasında 8 qarşılaçma
Bizi izləyin

İdman

Çempionlar Liqasında 8 qarşılaçma

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına start verilib. İlk matç günündə azarkeşlər 8 qarşılaşma izləyə biliblər.

II turun ilk oyunu Moskvada, ÇSKA Moskva qrupun lideri "Bavariya"nı qəbul edib. Qarşılaşma qonaqların xeyrinə başa çatıb.

E qrupunun digər oyununda isə İngiltərə və İtaliya klubları qarşılaşıb. "Mançester Siti" "Ettihad Arena"da "Roma"nı sınağı çəksə də qələbə qazana bilməyib.

F qrupunun lideri "Barselona" Parisdə PSJ-nin qonağı olub. Luis Enrikenin komandası bu matça mövsümdə ilk məğlubiyyət acısını yaşayıb. Qapılara 5 qolun vurulduğu görüşdə qalib tərəf fransızlar olub.

Qrupun digər oyununda isə APOEL doğma publika önündə "Ayaks"la heç-heçə edib.

G qrupunda "Sportinq" "Çelsi"yə, "Şalke" isə "Maribor"a məğlub olub.

H qrupunda isə BATE öz meydanında "Atletik"i məğlub edib, "Şaxtyor" Donetsk isə "Portu"yla matçda üstün olmasına baxmayaraq son 5 dəqiqədə 2 qol buraxaraq heç-heçəyə razılaşıb.

Qrup mərhələsində II tura sabah keçiriləcək 8 qarşılaşma ilə yekun vurulacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

II tur, 30 sentyabr

E qrupu

ÇSKA (Rusiya) - Bavariya (Almaniya) 0:1

Qol: Tomas Müller, 22.

Mançester Siti (İngiltərə) - Roma (İtaliya) 1:1

Qollar: Serxio Aquero, 5-pen - Françesko Totti, 23.

F qrupu

APOEL (Cənubi Kipr) - Ayaks (Hollandiya) 1:1

Qollar: Qustavo Manduka, 31-pen - Lukas Andersen, 28.

PSJ (Fransa) - Barselona (İspaniya) 3:2

Qollar: David Luiz, 10. Marko Verratti, 26. Blaise Matuidi, 54 - Lionel Messi, 11. Neymar, 56.

G qrupu

Şalke 04 (Almaniya) - Maribor (Sloveniya) 1:1

Qollar: Klaas-Jan Huntelaar, 56 - Damian Bohar, 38.

Sportinq (Portuqaliya) - Çelsi (İngiltərə) 0:1

Qol: Nemanya Matiç, 34.

H qrupu

BATE (Belarus) - Atletik (İspaniya) 2:1

Qollar: Cyanis Palyakov, 19. Aleksandr Karnitski, 41 - Aritz Aduriz, 45.

Şaxtyor (Ukrayna) - Portu (Portuqaliya) 2:2

Qollar: Aleks Teyxeyra, 52. Luiz Adriano, 85 - Cekson Martines, 89-pen; 90+4.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm