Tanınmış psixoloqu Naxçıvan klubuna dəvət etdilər
Bizi izləyin

İdman

Tanınmış psixoloqu Naxçıvan klubuna dəvət etdilər

Tanınmış psixoloqu Naxçıvan klubuna dəvət etdilər

I divizionun ikinci dövrəsinin başlamasına az bir müddət qalmış "Araz"a psixoloq cəlb olunub.

Publika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytına açıqlamasında baş məşqçi Əsgər Abdullayev məlumat verib.

O, çempionatda çıxış edəcək futbolçularının hazırlığı ilə yanaşı, həm də mənəvi-psixoloji durumunun da lazımi səviyyədə olmasının vacib olduğunu vurğulayıb.

Buna görə, komandaya psixoloqun cəlb olunmasını məqsədəuyğun sayıb.

Futbolçularla işləyəcək psixoloqun adı artıq məlumdu. Tanınmış psixoloq Dəyanət Rzayev bu həftə ərzində iki dəfə futbolçularla fərdi söhbət edib və "Bakılı" ilə matça kimi onun daha iki dəfə komanda üzvüləri ilə görüşəcəyi dəqiqdi.

Tanınmış psixoloqun işi bununla yekunlaşamayacaq. Belə ki, qarşıdakı günlərdə o, baş məşqçinin müəyyən etdiyi vaxta yenidən futbolçularla fərdi olaraq görüşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm