Nəzərovdan Cahangir Əsgərovun federasiyasına ağır ittihamlar
Bizi izləyin

İdman

Nəzərovdan Cahangir Əsgərovun federasiyasına ağır ittihamlar

Ağır Atletika Federasiyası Beynəlxalq Ağır Atletika Federasiyasına olan 500 min borcunu ödədikdən sonra yığma komandada növbəti dəyişiklik edildi. Millinin baş məşqçisi Zlatan Vanev istefaya göndərilib. Nizami Paşayev isə yenidən milliyə qaytarılıb. O, millinin məşqçisi kimi fəlaiyyət göstərəcək.


Son vaxtlar federasiyanın fəaliyyətindən narazılığını açığ şəkildə bildirən milli komandanın keçmiş baş məşqçisi Vahid Nəzərovdan baş verən dəyişikliklərə münasibət öyrəndik. Nəzərov Publika.az-a verdiyi müsahibədə yenə də tənqidi fikirlər səsləndirdi:



- Vahid məllim hazırda nə işlə məşğulsuz?

- Hazırda təhsil idman mərkəzinin baş məşqçisiyəm.



- Məlumata görə, federasiyasından bildirilib ki, problemlər aradan qaldırıldıqdan sonra sizə vəzifə verəcəklər.

- Bu barədə heç bir xəbərim yoxdur. İlk dəfə sizdən eşidirəm.



- Bu barədə rəhbərliklə heç bir danışığınız olmayıb?

- Xeyr, rəhbərliklə heç bir danışığım olmayıb. Məni heç o federasiyaya dəvət edib, nə isə soruşurlar ki… Mənim həmişə onlara iradlarım olub ki, hesabat-seçki konfransı keçirilsin. Əgər hesabat-seçki konfransı keçirilmirsə, hansı federasiyadan söhbət gedə bilər. 8 ildir konfrans keçirilmir. Federasiya bəzi adamlar tərəfindən zəbt olunub. Bəzi adamlar orda işlərə qeyri-qanuni rəhbərlik edirlər. Bu da federasiyanın əsasnaməsinin kobud sürətdə pozulmasıdır. Hər kəs işini federasiyada nizamnaməyə görə qurur. Əgər nizamnamə pozulursa, deməli, orada iş yoxdur.



- Belə durumda sizə dəvət gələrsə, qəbul edərsiz?

- Yox. Əgər iclas keçirilərsə, konfrans baş tutarsa və biz çıxış edib iradlarımızı deyə biləriksə, xətaları aşkarlayarlarsa, onda qəbul edərəm. Hansı səbəbdən 18 nəfər dopinqdə ilişdi? Niyə Azərbaycan 500 min cərimə ödədi?

500 min dolları uşaq və gənclərə, idman məktəblərinə sərf edərdik, ağır atletikanın inkişafına xərcləyərdik. Ancaq o pul niyə ödəndi, hansı səbəbə ödəndi, kim cəzalandı bilinmədi, xəbər verilmədi. Dövlətimizin qərarı var ki, dopinqi istifadə edən, respublikaya gətirən, satan şəxslər məsuliyyətə cəlb olunur. Ancaq 18 nəfər ən titullu idmançılar, respublikanın ən yaxşıları dopinq qəbul edib, buna görə heç kim məsuliyyət daşımır, cəzalanmır.



- Millinin üzvlərini azdan-çoxdan tanıyırsız. Sizcə idmançılarımız həqiqətən dopinq qəbul edib, yoxsa…

- 18 nəfərin arasında olan əcnəbilərin hamısının dopinqdən istifadə etdiyinə inanıram. Bolqar idmançılar hələ sovet vaxtında da dopinqdən ən çox istifadə edənlər olub. Beynəlxalq federasiya həmişə onlarla mübarizə aparıb. Onlar həmişə dopinqdən istifadə ediblər, həmin sistemi də Azərbaycana gətiriblər.



- Olimpiya mükafatçımız Valentin Xristov da bolqardır, onun da adı siyahıda var və 2 il müddətinə cəzalanıb.

- Əlbəttə ki, onlar hamısı dopinqdən istifadə edirlər. Yenə deyirəm, həmin bəlanı da Azərbaycana bolqarlar gətirdi. Fikir verin, görün millimizin heyətində nə qədər əcnəbi idmançı var.


- Bəs günahsız olanlar kimlərdi?

- Günahsız olanlar bizim idmançılardı. Mən onlara başçılıq edəndə, o komandayla 2009-cü ildə Ruminyada keçirilən Avropa çempionatında 45 dövlətin arasında yer tuta bilmişdik. Respublika-ya 7 medal gətirmişdik.


- Vahid müəllim, sizin baş məşqçi Vanevlə, millimizin durumu ilə bağlı dedikləriniz öz təsdiqini tapdı…

- Üzr istəyriəm indi deyəcəyimə görə…. Biz azərbaycanlılarda bir xüsusiyyət var, qonaqları həmişə yuxarı başa qoyuruq, onlara inanırıq. Amma elələri var ki, onlara etibar etmək olmaz.

Yadınınızdadırsa, Vanevdən öncəki məşqçi Yanko Rusev üçün də fikrlərimi demşdim. Demişdim o, yaxşı idmançı olub, amma məşqçi deyil. O, Azərbaycan millisini dağıtdı, qaçdı. Ancaq o gedəndən sonra yenə də bolqar məşqçi təyin etdilər. Vanev də heç vaxt məşqçi olmayıb. Özünüz gördüz, mən dediklərim təsdiqini tapdı. Vaxtında qarşısı alınsaydı, 18 nəfər dopinqə düşməzdi.


- Sizdən sonra gələnlərin fəaliyyətini necə qiymətləndirərdiz?


- 2009-cu ilin əvvəllərində federasiyadan ayrıldım. Məndən sonra federasiyaya görün nə qədər legioner cəlb edildi. Hanı o əcnəbi idmançılar? O idmançılara görə dövlətdən nə qədər vəsait gedib? Ancaq federsiya o vəsaiti Azərbaycanın idman məktəblərinə, idman bölmələrinə xərcləsəydi daha yaxşı olardı. Öz idmançılarımız yetişərdi. Məndən sonra gələnlər Yanko Rusev və Vanev Azərbaycan üçün nə etdilər?

Yeganə uğur odur ki, London Olimpiadasında idmançımız 3-cü yeri tutdu. O da təsadüfən alındı, Moldovalı idmançı yarışa çıxmadı.



- 500 min ödəndi, millimiz yenidən necə toparlana bilər?

- Hazırda həm böyüklərdən, həm də gənclərdən ibarət yığma komandamız yoxdur. İndi təlim-məşq toplanışları keçirilir, guya dünya çempionatına hazırlaşırlar. O idmançılarla hazırlaşırlar ki, heç bir yarışda nəticə verməyib. Mən həmişə demişəm, indi də deyirəm, əgər federasiyada nizamnamə pozulursa, hansı işdən danışmaq olar? Bütün bunlarla bağlı adlı-sanlı idman xadimləri müraciət də ünvanlayıb, ancaq nəticə yoxdur.



- Sizin tələbəniz olmuş Nizami Paşayevi məşqçi təyin ediblər…

- Mənim dediyimə gəlirsiniz. Federasiyada olan bəzi adamlar nəyin bahasına olur olsun özlərini orada saxlamaq istəyirlər. Konfrans olmalıdır. Konfrans olmadan, kimisə təyin edib, kimisə azad etməyə heç kimin ixtiyarı yoxdur. Nizami Paşayev çox yaxşı idmançı olub, insan kimi də çox yaxşıdır. O, idmançı karyerasında Azərbaycan üçün tarix yazıb. Demək istəyirəm ki, millimiz üçün ancaq azərbaycanlı mütəxəssislər can yandıra bilər. Ona görə də ölkənin şərəfini yerli mütəxxəsislər qorumalıdır.

Vahid müəllim yaxşı işləmirsə, başqa biri olsun, amma yerlilərdən olsun.


- Deyirlər ki, millinin baş məşqçisi yenə də əcnəbi olacaq. Sizə onun köməkçisi olmağı təklif etsələr, qəbul edərsiz?


- Xeyr, əsla. Olub belə təklif, qəbul etməmişəm, yenə də etmərəm.



Aygün İlqarqızı








Oxumağa davam et
Reklam
Reklam

Gündəm