• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Axır ki, onu haqladı

  • İdman
  • 1 Oktyabr 2014 10:15
  • 643 Baxış
Axır ki, onu haqladı

Dünən Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna start verilib.

Publika.az xəbər verir ki, 4 qrupda keçirilən 8 qarşılaşmadan sonra ÇL-in bombardirlər siyahısında dəyişiklik baş verib. "Barselona"ın ulduzu Lionel Messi PSJ ilə oyunda fərqlənməklə, "Real"ın ulduzu Ronaldonu haqlayıb.

Ronaldo Çempionlar Liqasında keçirdiyi 104 oyunda 68 dəfə fərqlənib. PSJ ilə qarşılaşma Messinin ÇL-də 87-ci oyunu olub. Argentinalı fərqlənməklə vurduğu qolların sayını 68-ə çatdırıb.

"Real" bu gün "Ludoqorets"lə qarşılaşacaq. Ronaldo bu matçda 3 qola imza atsa, "Real"ın sabiq üzvü Raulun rekorduna şərik olacaq. İspan futbolçu 71 qolla Çempionlar Liqasının ən sərrast futbolçusudur.

Ronaldo Çempionlar Liqasında vurduğu 68 qoldan əksəriyyətini-53-ünə "Real" forması ilə vurub. O, bu göstəriciyə 52 oyunda nail olub. 29 yaşlı futbolçu 2013/14 mövsümündə 17 qol vuraraq turnirin tarixində bir mövsüm ərzində ən çox qol vuran oyunçu olub. Bundan əvvəlki rekorda 2011/12 mövsümündə Messi imza atmışdı - 14 qol. Argentinalı 2008/09 (9 qol), 2010/11 (12 qol) və 2011/12 mövsümlərində (14 qol) Çempionlar Liqasının bombardiri olub.

Çempionlar Liqasında ən çox qol vuran 10 futbolçu:

Futbolçu O Q

Raul 142 71

Ronaldo 104 68

Messi 87 68

Nistelroy 73 56

Anri 112 50

Şevçenko 100 48

İnzaqi 81 46

Del Piero 89 42

Droqba 88 42

İbrahimoviç 103 41

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR