Olimpiya çempionu həbs olundu
Bizi izləyin

İdman

Olimpiya çempionu həbs olundu

Olimpiya çempionu həbs olundu

18 dəfə olimpiya çempionu, amerikalı üzgüçü Maykl Felps sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb.

Hadisə ABŞ-ın Meriland ştatında baş verib. Publika.az xəbər verir ki, Meriland Nəqliyyat Departamentindən verilən açıqlamada bildirilir ki, çempion sürət limitini aşıb. Belə ki, o avtomobilini 72 kilometr sürət limiti olan yolda, 134 kilometr sürətlə sürüb. Buna görə də radara düşüb.

Həmçinin Felips qoşa xətti də tapdalayıb. Aparılan ekspertizadan sonra onun içkili olduğu təsbit edilib. Bundan sonra idmançı nəzarət altına alınıb.

Bu hadisədən sarsıldığını bildirən idmançı "facebook” səhifəsində hisslərini bölüşüb, hər kəsdən üzr istəyib:

“Sərxoş halda avtomobil idarə edib, sürət həddini aşmaqda ittiham olunaraq, həbs olundum. Mən bu hadisənin ciddiliyini başa düşürəm və məsuliyyətini çəkməyə hazıram. Bilirəm ki, bu sözlər hazırda əhəmiyyət kəsb etmir, lakin sizi məyus etdiyim üçün üzgünəm”.

Qeyd edək ki, Maykl Felps 18 dəfə olimpiya, 26 dəfə dünya çempionu olub. Amerikalı üzgüçü Yay Olimpiya Oyunlarında 22 mükafat qazanaraq, rekorda imza atıb. O, dünyada bu nəticəyə sahib olan yeganə idmançıdır.

İdmançı 2004-ci ildə də bu səbəbdən həbs olunmuşdu. Həmin vaxt ona 18 ay şərti cəza verilmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm