“İmperator” prezidentin həbsini tələb edir
Bizi izləyin

İdman

“İmperator” prezidentin həbsini tələb edir

“İmperator” prezidentin həbsini tələb edir

"Qalatasaray"ın prezidenti Ünal Aysalın həbs olunması ilə bağlı iddianamə hazırlanıb.

Publika.az xəbər verir ki, Aysal klubun keçmiş baş məşqçisi, hazırda Türkiyə millisinin çalışdıran Fatih Terimlə aralarındakı mesajlaşmaları mətbuatda yaymaqda ittiham olunur. Aysalın günahı sübut olunarsa, o, "xəbərləşmənin məxfiliyinin pozulmasına” görə, 6 aydan 2 ilə qədər həbs oluna bilər.

Prokurorluq bu mesajları televiziya vasitəsilə yayan Rasim Ozan Kütahyalı haqqında da təhqir və “xəbərləşmənin məxfiliyini pozmaq” ittihamı ilə 1 ildən 6 il 8 aya qədər həbs cəzası tələb edib.

Terim Kütahyalının "twitter"də yazdığı şərhlərdə, telekanallardakı verilişlərdəki açıqlamalarında onu təhqir etdiyini deyib. O, şikayətində Kütahyalının Aysal ilə aralarındakı telefon mesajlarını icazəsiz və qərəzli şəkildə ictimaiyyətə açıqladığını iddia edib.

Artıq bu məsələ ilə bağlı Aysalın ifadəsi alınıb. Aysal ifadəsində Kütahyalının Terimlə aralarındakı mesajlaşmanı necə əldə etdiyini bilmədiyini deyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm