İdman
"Onların arasında müharibə olmasını istəmirəm"
“Çelsi”nin və İspaniya millisinin hücumçusu Dieqo Kosta Mourinyo ilə Visente del Boskenin ona görə münaqişə yaşamasını istəmir.
Bir müddət əvvəl “Çelsi”nin baş məşqçisi Mourinyo bildirmişdi ki, Kosta İspaniya yığmasının Slovakiya və Lüksemburqla oyunlarında iştirak etməməlidir. Mourinyo bu müddətdə futbolçunun zədəsinin tam sağalmasını istəyir. Visente del Boske isə hücumçunu sərəncamında görmək istəyir.
Publika.az xəbər verir ki, futbolçu bu məsələyə münasibətini açıqlayıb:
“Mourinyo və Del Boske arasında müharibə olmasını istəmirəm. Mənə Braziliya millisi ilə bağlı yaranan qalmaqal bəs edir, əlavə problem arzulamıram. Hazırda məni rahat buraxmaq lazımdır ki, həm “Çelsi”nin, həm də İspaniya millisinin oyunlarına hazır olum. Allah elə etsin ki, tam sağlam olum və İspaniyanın heyətində meydana çıxım”.
Qeyd edək ki, Mourinyo futbolçunun zədəli olduğunu iddia etsə də, o, Kostanı dünən keçirilən Çempionlar Liqasının “Sportinq”lə oyununda meydana buraxmışdı.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!