• USD 1,8045 +0,99% EUR 1,9201 +1,26%
    • GBP 2,1795 +1,38% RUB 0,0302 +0,66%

Almanlar Moskvanın “mühasirə”sini belə yardılar – FOTO

  • İdman
  • 1 Oktyabr 2014 16:25
  • 406 Baxış
Almanlar Moskvanın “mühasirə”sini belə yardılar – FOTO

Alman azarkeşlər “Bavariya”nın oyununu izləmək üçün unikal üsuldan yararlanıb.

Publika.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən MİOK-“Bavariya” qarşılaşmasına azarkeşlər buraxılmayıb. UEFA Rusiya klubunu cəzalandırdığına görə, oyun boş tribunalar önündə keçirilib. Qadağaya baxmayaraq, Bavariya” azarkeşləri Moskvaya səfər edib.

Onlar stadionun “mühasirə”sini yarıb oyuna baxmaq üçün unikal ideya da fikirləşiblər. Belə ki, alman azarkeşlər “Ximki Arena”nın yaxınlığında hündür mərtəbəli binanın bir mərtəbəsini icarəyə götürüblər. Mərtəbəni tam boşaltmaq üçün azarkeşlər 7 min avro ödəyiblər.

Maraqlıdır ki, azarkeşlər arşında “Bavariya”nın futbolçusu Şvanştaygerin qardaşı da olub. Tobi Şvanştayger binadan stadionun görüntüsünü də çəkib və şəkili sosial şəbəkədə yerləşdirib. Şvanşatayger şəkil üçün belə şərh də yazıb:

“İradə olarsa, üsul da tapılar”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR